Media Xəbərləri > Çap üçün versiya > Nemtsovun keçmiş arvadı: “Borya yaxşı ata idi, ədalətli, sevən ata idi…”

Nemtsovun keçmiş arvadı: “Borya yaxşı ata idi, ədalətli, sevən ata idi…”

Nemtsovun keçmiş arvadı: “Borya yaxşı ata idi, ədalətli, sevən ata idi…”Boris Nemtsov yaxşı, ədalətli və sevən ata idi. Uşaqlar üçün onsuz həddən-ziyadə çətin olacaq. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bu sözləri fevralın 27-də axşam saatlarında qətlə yetirilən müxalif siyasətçi, prezident Vladimir Putinin əsas rəqibi sayılan Boris Nemtsovun vətəndaş nikahında olan keçmiş həyat yoldaşı Yekatrina Odinsiva deyuib.

“Borya yaxşı ata idi, ədalətli və sevən ata idi. Bu, bizim hamımız üçün böyük itkidir”, - deyə o, qeyd edib.

Nemtsov Rusiya hökumətində müxtəlif yüksək vəzifələr tutub. Daha sonra müxalifətə keçib. Putin rejiminin, şəxsən Putinin sərt tənqidçilərindən idi. Ölümündən az öncə verdiyi müsahibələrin birində məhz sonuncunun onun aradan götürülməsini sifariş verə biləcəyini istisna eləməmişdi.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=954

© 2014 www.mediaxeberleri.com