Media Xəbərləri > Çap üçün versiya > Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü

Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdü

Putin Nemtsovun qətlinin istintaqını nəzarətə götürdüBu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Moskva hüquq mühafizə orqanlarına istinadla “İnterfaks” məlumat yayıb. Qətlin təfərrüatı dəqiqləşdirilir. İlkin məlumata görə, Boris Nemtsov Moskvanın mərkəzində, Vasilyevski enişində qətlə yetirilib. Naməlum şəxs 55 yaşlı siyasətçiyə 4 güllə vurub. Aldığı yaralardan “Həmrəylik” hərəkatının lideri və “RPR-PARNAS” partiyasının həmsədri yerindəcə keçinib. Boris Nentsovun qətlini siyasətçi İlya Yaşin də təsdiqləyib. TASS-ın məlumatına görə də qətl Vasilyevski enişində baş verib. 02.30 Qətlin baş verdiyi Böyük Daş Körpü ərazisinə Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev gəlib. Qətlin istintaqını Rusiya Prezidenti Vladimir Putinin şəxsi nəzarətə götürdüyü bildirilir. Xatırladaq ki, Boris Nemtsov öldürülə biləcəyi barədə təhdidlərin ciddi olduğunu qeyd etmişdi. O, Prezident Putinə qarşı ən kəskin çıxışları ilə yadda qalırdı.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=925

© 2014 www.mediaxeberleri.com