Media Xəbərləri > Çap üçün versiya > Bakıda beşmərtəbəli bina yandı

Bakıda beşmərtəbəli bina yandı

Bakıda beşmərtəbəli bina yandıBakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb.

Mediaxeberleri.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litrlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=8911

© 2014 www.mediaxeberleri.com