Media Xəbərləri > Çap üçün versiya > Türkiyədə sel fəlakəti qurbanlarının sayı artdı

Türkiyədə sel fəlakəti qurbanlarının sayı artdı

Türkiyədə sel fəlakəti qurbanlarının sayı artdı
Şanlıurfa və Adıyamandakı sel fəlakətində itkin düşmüş sayılan daha bir nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 17-yə yüksəlib.

Mediaxeberleri.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cəsəd Şanlıurfada zirzəmisini su basan ticarət mərkəzində aşkar olunub.

Bundan başqa sel fəlakəti yaşandığı şəhərlərdə 3 nəfərin itkin düşdüyü də bildirilir.

Qeyd edək ki, hazırda sel sularının gəldiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=81298

© 2014 www.mediaxeberleri.com