Media Xəbərləri > Çap üçün versiya > Başqa kişiylə mesajlaşan ərli qadın özünü öldürdü

Başqa kişiylə mesajlaşan ərli qadın özünü öldürdü

Başqa kişiylə mesajlaşan ərli qadın özünü öldürdü Mesajları görən ərindən qorxan 23 yaşlı qadın intihar etdi

Türkiyədə gənc qadın mobil telefondan başqa kişiyə yazdığı mesajları əri görüncə qorxudan özünü öldürüb.

23 yaşlı Elmas Yılmaz özünü Karabük-Safranbolu dairəvi yoldakı körpüdən aşağı ataraq intihar edib. Yoldan keçən avtomobilərin birinə çırpılan gənc qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə axşam saatlarında Safranboluda baş verib. İddiaya görə, əri 5 illik həyat yoldaşı Elmas Yılmazın mobil telefonundan başqa bir kişiyə yazdığı mesajlarını gördükdə qadınla dalaşmayıb. O, arvadının böyük qardaşına zəng vuraraq görüşmək istədiyini bildirib.

Bu arada ərinin mesajlarını gördüyünü və qardaşına xəbər verdiyindən xəbər tutan Elmas Yılmaz evdən qaçıb. Sinir krizi keçirən gənç qadın avtobusa minərək evlərindən 5 kilometr aralıda yerləşən Karabük - Safranbolu dairəvi yolda düşür və körpüyə çıxaraq intihar edib.ans
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=799

© 2014 www.mediaxeberleri.com