Media Xəbərləri > Çap üçün versiya > Gürcü elçidən Azərbaycan AÇIQLAMASI

Gürcü elçidən Azərbaycan AÇIQLAMASI

Gürcü elçidən Azərbaycan AÇIQLAMASI
“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqaz regionunda sülh və sabitliyi təmin edir”.

Medıaxeberlerı.Az
xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

“Gürcüstan və Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində ölkələrimiz Cənubi Qafqaz regionunda sülh və sabitliyə yönəlmiş uğurlu əməkdaşlıq həyata keçirib”, - o bildirib.

Səfirin sözlərinə görə, Gürcüstan və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib.

Z.Pataradze vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana son səfəri ölkələr arasında iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Səfir qeyd edib ki, Azərbaycan Gürcüstanla gömrük sahəsində, eləcə də kənd təsərrüfatı və energetika sahələrində fəal əməkdaşlıq edir.

“Bizim Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələrimiz təkcə Cənubi Qafqazda deyil, həm də Avropa ölkələrində enerji səmərəliliyinin təmin edilməsində böyük rol oynayır”, - o əlavə edib.Publika.az
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=78094

© 2014 www.mediaxeberleri.com