Media Xəbərləri > Çap üçün versiya > 11 yaşlı oğlanı zorlayan 56 yaşlı kişinin cəzası açıqlandı

11 yaşlı oğlanı zorlayan 56 yaşlı kişinin cəzası açıqlandı

11 yaşlı oğlanı zorlayan 56 yaşlı kişinin cəzası açıqlandıƏməlinə görə 14 il 6 ay həbs cəzası aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq əməllərində təqsirli Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eldar Cəfərov keçən il zünün işlətdiyi kiçik ticarət köşkündə azyaşlı oğlana təcavüz edib. O, Xırdalan şəhər sakini 11 yaşlı Samiri (ad şərtidir) zorlayıb. Hadisə ilə bağlı azyaşlının anası Abşeron rayon Polis Şöbəsinə məlumat verib. Daha sonra Eldar Cəfərov həbs edilib və araşdırmalarla onun cinayəti sübuta yetirilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=769

© 2014 www.mediaxeberleri.com