Media Xəbərləri > Çap üçün versiya > Elmar Hüseynovun bacısı: “Gəlin çalışır ki, qardaşım oğlunu görməyək” - See more at: http://cebhe.info/oxu/6000/#sthash.GP7vqRt0.dpuf

Elmar Hüseynovun bacısı: “Gəlin çalışır ki, qardaşım oğlunu görməyək” - See more at: http://cebhe.info/oxu/6000/#sthash.GP7vqRt0.dpuf

Elmar Hüseynovun bacısı: “Gəlin çalışır ki, qardaşım oğlunu görməyək”  - See more at: http://cebhe.info/oxu/6000/#sthash.GP7vqRt0.dpuf“Yalandan kiminsə cəzalandırılmasını istəmirəm. Qoy onların cəzasını Allah versin, bəlkə də verib, xəbərimiz yoxdur. Həqiqəti bilən Allahdır. Elmarın cinayət işi açılsaydı, qatili tapılsaydı, yəqin ki, bizə məlumat verərdilər. Rəsmi olaraq bizə heç bir xəbər verilməyib. Qatilin tapılmasına hələ ki, ümidim yoxdur”.

Bunu Cəbhə.info-ya “Monitor” jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun bacısı Esmira Hüseynova deyib.

Esmira Hüseynova daha öncə Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun qardaşının izlənilməsinə başçılıq etməsi barədə eşitmədiyin deyib: “Bu barədə mediada yazılan informasiyalardan sonra məlumatlı oldum. Yalan danışmaq istəmirəm, doğruları da bilmirəm. İndi ancaq kimdənsə kiməsə xəbər çatdırırlar. “Eynulla dedi ki”, “Akif Çovdarov ona deyib ki”, “mənim xəbərim var ki”… Ruslarda bir oyun var, dəqiq sözü bir nəfərə deyirlər, axtarıb tapana qədər o sözün üzərinə nə qədər yalanlar danışırlar. Bilmirsən kimə inanasan? Həqiqəti söyləyənlə yalan söyləyəni seçmək olmur. Eynulla Fətullayev bu barədə bilirdisə, heç olmasa qardaşımın telefonuna zəng vurub deyərdi də”.

Esmira Hüseynova qardaşının ailəsinin hələ də onlarla əlaqə saxlamadığını da vurğulayıb: “Elmar rəhmətə gedəndən sonra onun həyat yoldaşı Rüşaniyyə çalışıb ki, qardaşımın oğlu Aslanı görməyək, onunla əlaqəmiz olmasın. Əlaqəmiz olmasa belə, atam sağlığında Aslanın payını kəsməyib. O, Aslanın hesabına bankda pul yığırdı. Gördü ki, gəlindən bir xəbər yoxdur, Bakıdan Norveçə gedən jurnalistlərlə pulları onlara göndərdi. O, Azərbaycanla əlaqəni tamamilə kəsib”.

Qeyd edək ki, 2005-ci il mart ayının 2-də, axşam saat 9 radələrində Elmar Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın üçüncü mərtəbəsində - mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi cinayət işi açıb. Martın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyəti başlanmış cinayət işi haqda məlumatlandırıblar. 2005-ci il aprelin 6-da cinayət işi qətdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib. 2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub. Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb. 2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb – yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.

Yeganə Oqtayqızı

- See more at: http://cebhe.info/oxu/6000/#sthash.GP7vqRt0.dpuf
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=7520

© 2014 www.mediaxeberleri.com