Media Xəbərləri > Çap üçün versiya > İrəvanda güclü partlayış: 1 ölü, 20 yaralı - Video

İrəvanda güclü partlayış: 1 ölü, 20 yaralı - Video

İrəvanda güclü partlayış: 1 ölü, 20 yaralı - Video
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı azı 7 nəfər xəsarət alıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.

“Hazırda xəstəxanaya 7 yaralı gətirilib, lakin bu tam deyil, yaralıların sayı hər an dəyişə bilər”, - o deyib.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.

Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.


***

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.


Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=74927

© 2014 www.mediaxeberleri.com