Media Xəbərləri > Çap üçün versiya > Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət

Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət

Qubanın bu kəndində qaz xətti yoxdur - İcra başçısına şikayət
Quba rayonun İspik kəndinin sakinləri problemlərini icra başçısı Ziyəddin Əliyevə çatdırıblar.

DTX-nin rayon şöbəsinin rəisi, polis şöbəsinin nümayəndəsi və Quba Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən İctimai Şuranın sədri ilə İspik kəndinə gələn Ziyəddin Əliyev sakinlərin problem və təkliflərini dinləyib.

İspiklilər rayon rəhbərinə məlumat veriblər ki, kəndə qaz xətti çəkilmədiyindən payız-qış aylarında istiliklə bağlı çətinlik yaşayırlar.

İcra başçısından xahiş edilib ki, kəndə təbii qaz çəkilənədək Regional Meşə Təsərrüfatı İdarəsindən onlara qeyri-sağlam odun materialı almaq üçün bilet verilməsində köməklik etsin. Ziyəddin Əliyev problemlə bağlı aidiyyatı qurum rəsmisinə tapşırıq verib.

İspik kənd sakinlərinin yol probleminin - 6 km məsafəyə asfalt döşənməsi və kəndin elektrik xəttlərinin yenilənməsi üçün də tapşırıqlar verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=74769

© 2014 www.mediaxeberleri.com