Media Xəbərləri > Çap üçün versiya > Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)

Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)

Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)Ukraynanın şərqində atəşkəsə dair Minskdə “Normand dördlüyü” formatında (Rusiya, Ukrayna, Fransa və Almaniya) əldə edilmiş razılaşmaya baxmayaraq Rusiyanın yeni əraziləri tutmaq planları barədə həyəcanlı xəbərlər gəlir.

Finlandiyalı jurnalistlər Rusiya-Ukrayna sərhədini keçərək Azov dənizinin sahilindəki strateji əhəmiyyətliu Mariupol şəhərinə doğru irəliləyən Rusiya hərbi karvanını lentə alıblar.

Bu kadrlar Finlandiyanın “Yle” telekanalının saytında yerləşdirilib. Çəkilişlər avtomobillər üçün nəzərdə tutulmuş “Novoşaxtinsk” sərhəd-keçid məntəqəsində aparılıb.

Xəbərdə deyilir ki, sərhədi keçən və üzərində tanınma nişanları olmayan hərbi avtomobillərdə çoxlu sayda rus əsgərləri daşınıb. Karvanda “Uraqan” reaktiv artilleriya sisteminə oxşayan iki reaktiv sistemi də olub. Bundan əlavə, avtomobil karvanında “Maqnit” supermarketlər şəbəkəsinin loqotiplərini daşıyan iki furqon da yer alır. Karvandakı bəzi nəqliyyat vasitələri maskalanıb.

Fin jurnalistləri bildirir ki, rus sərhədçiləri onların çəkiliş apardığını görən kimi bunu dərhal qadağan ediblər. Üstəlik onlar jurnalistləri sorğu-suala tutaraq gecə saatlarında sərhəd məntəqəsini çəkib-çəkmədiklərini öyrənməyə çalışıblar. Daha sonra jurnalistlərdən sərhəd zonasını tərk etməyi tələb ediblər və çəkilişin qadağan olduğunu bildiriblər.

Jurnalistlər onu da öyrəniblər ki, Rostov vilayətinin Ukrayna ilə sərhəd hissəsində Rusiya qoşunlarının cəmləşdirilməsi davam edir. Yerli sakinlər təsdiq ediblər ki, Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verir və bunsuz onların Kiyevə uzun müddət müqavimət göstərməsi mümkün olmazdı.

Fin jurnalistlərinin çəkdikləri kadrları analiz edən Rusiya KİV-ləri sərhədi keçən hərbi kavranda dəhşətli dağıdıcı gücə malik “Tornado” sistemlərinin hərəkət etdiyini təsbit ediblər.

Xatırladaq ki, Minskdə əldə edilmiş atəşkəsdən sonra separatçıların əsas qüvvələrini Mariupol şəhəri istiqamətində cəmləşdirdiyi barədə məlumatlar yayılır.

Ukraynada və Qərbdə narahatdırlar ki, Rusiyanın və onun dəstək verdiyi separatçıların növbəti hədəfi məhz Mariupol şəhəri olacaq. Bu şəhərin alınması Krıma quru dəhlizi açmağa imkan verir. Təxminlərə görə, Mariupola hücum gələn ay başlaya bilər. Bu zaman bəhanə kimi Ukrayna tərəfinin atəşkəs razılaşmasıan əməl etməməsi göstəriləcək.

Artıq “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin Minsk razılaşmasının yerinə yetirilməsinə dair fevralın 24-də Parisdə keçirilən danışıqlarında problem yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqları yarımçıq tərk edib.

Virtualaz.org


Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=738

© 2014 www.mediaxeberleri.com