Media Xəbərləri > Çap üçün versiya > Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO

Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO

Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO
Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.
Mediaxeberleri.az-ın məlumatına görə, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=68044

© 2014 www.mediaxeberleri.com