Media Xəbərləri > Çap üçün versiya > Ağstafa Ərazi Özünü Müdafiə Batalyonunun yaradılmasından 30 il keçir

Ağstafa Ərazi Özünü Müdafiə Batalyonunun yaradılmasından 30 il keçir

Ağstafa Ərazi Özünü Müdafiə Batalyonunun yaradılmasından 30 il keçir
1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. Xalqımız bölgələrdə Ərazi özünümüdafiə batalyonlarının yaranması məcburiyyətində qalmışdı. Ordunun formalaşmadığı vaxtlarda yağı düşmənə qarşı mübarizəyə qalxan vətən övladları ilk olaraq pərakəndə halda fəaliyyət göstərsələr də, sonradan ərazi özünümüdafiə batalyonları yaradıldı. Sevindirici haldır ki, bu cür batalyonlar təkcə Dağlıq Qarabağ deyil, ona yaxın və uzaq olan rayonlarda da formalaşmağa başladı.

Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayon olduğu üçün, Ağstafa rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədi ilə mayor Vəliyev Dilqəm Turxan oğlunun təşkilatçılığı altında 26.12.1991-ci ildə Ağstafa Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı. Qısa zaman ərzində 1992-ci ildə rayonun Köhnə Qışlaq, Tatlı və Yaradullu kəndlərində müdafiə postları quruldu. Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində xeyli sayda yüksəkliklər düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 20-dən çox döyüşçüsü qəhrəmancasına şəhid oldu, onlarla döyüşçüsü əlil oldu. Batalyon hazırda Qazaxda yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1992-ci ildə əlahiddə h/h olaraq ləğv olundu.

Allah bütün şəhidlərə rəhmət eləsin...

Torpaqlarımızın azadlığı naminə 44 günlük müharibədə canını fəda edən şəhidlərimizi hörmətlə anırıq.

Ruhunuz şad olsun.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=68041

© 2014 www.mediaxeberleri.com