Media Xəbərləri > Çap üçün versiya > Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO
Tanınmış psixoterapevt Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başlayıb.

Həftədə bir dəfə efirə çıxacaq “Kölgə işığı” adlı verilişdə dünyada və ölkəmizdə aktual olan psixoloji məsələlərin həlli yolları araşdırılır.

Mütəxəssislərin iştirakı ilə təqdim olunan layihənin əsas məqsədi gənclərin, yeniyetmələrin mənəvi dünyalarına kölgə salan məqamlara aydınlıq gətirməkdir. Yeni proqramda valideynlər də yeniyetmə və gənc övladları ilə ümumi dil tapmaq, onların daxili aləmini kəşf etmək, eləcə də yardım göstərməklə bağlı suallarına cavab tapacaqlar.

Proqramın aparıcısı Elmir Əkbər layihə barədə danışaraq qeyd edib ki, bu, vətəndaşlar üçün çox faydalı olacaq:

“Düzgün istiqamətini itirən yeniyetmələr, ailə daxilində yaranan təlatümlər, yanlış örnək seçimi hamımızı narahat edir. Bu baxımdan düşünürəm ki, “Kölgə işığı” vətəndaşlar üçün çox faydalı layihədir. Yeniyetmə və gənclər onları narahat edən, şüuraltı problemləri özündə əks etdirən, öz kölgələrində gizlənmiş sualların cavabını aktiv ünsiyyət vasitəsilə tapa biləcəklər”.

Verilişin ssenari müəllifi Gülayə Xəlilova, quruluşçu rejissoru Rəna Yunisli, redaktoru isə Sevinc Mütəllibovadır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=66531

© 2014 www.mediaxeberleri.com