Media Xəbərləri > Çap üçün versiya > Əməkdar rəssam Namiq Dadaşov vəfat edib

Əməkdar rəssam Namiq Dadaşov vəfat edib

Əməkdar rəssam Namiq Dadaşov vəfat edib
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

Bu barədə Mediaxeberleri.az-a Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Allah rəhmət eləsin.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=64242

© 2014 www.mediaxeberleri.com