Media Xəbərləri > Çap üçün versiya > Nazirliyin funksiyaları artırıldı - FƏRMAN

Nazirliyin funksiyaları artırıldı - FƏRMAN

Nazirliyin funksiyaları artırıldı - FƏRMAN
Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

Prezident.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;

- Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=64211

© 2014 www.mediaxeberleri.com