Media Xəbərləri > Çap üçün versiya > Nigar Şabanova nişanlısını təbrik etdi

Nigar Şabanova nişanlısını təbrik etdi

Nigar Şabanova nişanlısını təbrik etdi
Düşmənin üzü həmişə qara olsun, sənin üzünü paylaşa bilmirəm. Bu gün xidmətdəsən, maləsəf, özəl gününü qeyd edə bilmədik, özün demiş, öncə vətən!

Bu sözləri hərbçi ilə ailə qurmağa hazırlaşan müğənni Nigar Şabanova sosial şəbəkədə yazıb. Sənətçi nişanlısını doğum günü münasibətilə təbrik edib:

“Doğum günün mübarək, həyatımın nuru, fəxrim, qürurum, sənə can sağlığı, uzun ömür arzu edirəm. İşində uğurlar diləyirəm. Səni dünyaya gətirən ananın əllərindən öpürəm. Nə yaxşı ki, varımsan, xoş gəldin dünyaya və dünyama”.

Qeyd edək ki, cütlüyün toyu İkinci Qarabağ müharibəsinin başa çatmasının ildönümündən sonra olacaq.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=64112

© 2014 www.mediaxeberleri.com