Media Xəbərləri > Çap üçün versiya > “Cinema Plus” kinoteatrların açılması ilə bağlı tədbir keçirdi

“Cinema Plus” kinoteatrların açılması ilə bağlı tədbir keçirdi

“Cinema Plus” kinoteatrların açılması ilə bağlı tədbir keçirdi
Bugündən etibarən Azərbaycanda kinoteatrların fəaliyyəti bərpa olunub.

Mediaxeberleri.az-ın xəbərinə görə, bu münasibətlə “Cinema Plus”un Ganjlik Mall-da yerləşən mərkəzində təmtəraqlı açılış mərasimi təşkil olunub.

Açılış mərasimində Betmen, Spaydermen, Mumiya, Tısbağa adam, Halk obrazları açılışa gələnlərin diqqətini çəkib. İnsanlar bu obrazlarla şəkillər çəkdirib. Daha sonra bu qəhrəmanların iştirakı ilə mini musiqili yürüş təşkil olunub. Bu, Ganjlik Mall-da olan digər insanların da marağına səbəb olub və onlar da yürüşə qoşulub.

Sonda isə insanlar orkestr ifasında klassik və müasir musiqilərdən həzz almaq imkanı əldə ediblər.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=63956

© 2014 www.mediaxeberleri.com