Media Xəbərləri > Çap üçün versiya > "Nazirlik məni 20 il ərzində tanımadı, eybi yox" - ETİRAZ

"Nazirlik məni 20 il ərzində tanımadı, eybi yox" - ETİRAZ

"Nazirlik məni 20 il ərzində tanımadı, eybi yox" - ETİRAZ
"Keçmiş nazir kinomuzu öz əli ilə komaya saldı. Şəxsən öz adıma sizdən rica edirəm, bir nazir olaraq kinomuzu özünə qaytarmağa kömək edin”.

Mediaxeberleri.az bildirir ki, bunu aktyor və rejissor Kənan Mahmudov mədəniyyət naziri Anar Kərimova müraciət edərkən deyib. O, nazirliyin binasından içəri girə bilmədiyini vurğulayıb:

"Nazirlik məni 20 il ərzində tanımadı, eybi yox. Amma bu, rejissor olaraq vicdanımın səsidir - sizə inanıram. Ümid edirəm ki, Vətən müharibəsi qəhrəmanlarımızın xatirəsinə İlqar Fəhmi ilə qələmə aldığımız "7 oğul bir Vətən” kino ssenarisinin reallaşması üçün öz göstərişlərinizi verəcəksiniz. İnanıram ki, siz kinomuzun qatillərindən biri yox, həkimlərindən biri olacaqsınız. Mən ad istəmirəm, gizli qəhrəmanlarımızın adını duyurmaq üçün dəstəyinizi istəyirəm”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=63742

© 2014 www.mediaxeberleri.com