Media Xəbərləri > Çap üçün versiya > Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- Fotolar

Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- Fotolar

Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- FotolarBir müddət əvvəl AXCP-dən istefa verən Razi Nurullayevin yaratmağa çalışdığı AXCP-nin Nərimanov rayon təşkilatının təsis konfransı keçirilib.

Sentaybrın 5-də keçirilən konfransda Razi Nurullayev də iştirak edib. 100-ə yaxçın iştirakçının qatıldığı konfrans dövlət himni ilə başlayıb. AXCP-nin Etimad Qurultayının sədri Razi Nurullayev konfransda geniş çıxış edib.

“Bu gün verəcəyim mesajları tezis şəklində çatdırmaq istəyirəm. Azərbaycan siyasətində artiq 90-ci illərin əvvəllərindən bu günə qədər siyasətçilərin uğursuzluğu davam edir. Uğursuz siyasətçilər vətəndaşlara seçkidən-seçkiyə xitab edir və növbəti uğursuzluqlarına imza atırlar. Əgər bir siyasətçi uğursuzdursa, apardığı siyasətin nəticəsi yoxdursa, o siyasətçi özündə güc tapıb istefaya getməlidir. Mən bir müddət əvvəl AXCP-dən istefa verdim, buna məcbur edildim. Bu müddət ərzində oradan qovulmuş, getməyə vadar edilmiş cəbhəçilərlə, keçmiş hərəkatçılarla söhbət apardım və belə bir nəticəyə gəldik ki, yeni bir partiya yaratmaq lazım deyil. Nəticəsiz olacaq. Ona görə də mövcud partiyalara resurs qoymaq və onları dirçəltmək lazımdır. Bu gün Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və bir də mənim Etimad Qurultayının sədri olduğum AXCP var. Bu gün artıq AXCP ikidir. Amma hər birimizin qəlbində bu, birdir. Biz AXCP-ni parçalamaq istəmədik və buna görə Ədliyyə Nazirliyinə müraciət etdik. Biz mənəvi müstəvidə fəaliyyət göstəririk. Əgər 20 il Azərbaycan siyasətində nəticə olmayıbsa, bu uğursuz siyasətə görə müxalifət hesabat verməlidir”,- deyə R.Nurullayev qeyd edib. Onun sözlərinə görə, bu gün YAP hakimiyyəti vetmək istəmirsə, Konstitusiyanı dəyişirsə, əbədi hakimiyətdə qalmaq istəyirlərsə, demək onlar seçkini saxtalaşdıracaqlar:“Azərbaycanda indiki şəraitdə seçkinin azad və ədalətli keçiriləcəyi inandırıcı görünmür. Uğursuz siyasətçi varsa, demək uğursuzluq da var, müxalifət haradasa səhvlər buraxıb. Biz demirik ki, onlar siyasətdən silinib getsin, "Əli Kərimli pisdir" demirəm. Bəlkə də Əli Kərimli ən yaxşı insandır, yeyib-içən oğlandır. Amma bu, bizim fərdi və şəxsi həyatımızda ola bilər. Siyasətçi kimi uğursuz siyasətçidir. Apardığı siyasət də uğurlu olmayıb, olsaydı, AXCP parçalanmaya məruz qalmazdı. Əgər Əli Kərimli uğurlu siyasətçidirsə, niyə cəbhəçilər uğursuz həyat yaşamalı olurlar, ac-yalavac gəzirlər? Necə ola bilir birinçilər normal yaşasın, amma ətrafdakıların başını mifologiya ilə doldursun? Neçə il buna dözmək olar?” R.Nurullayev konfransda Əli Kərimliyə səslənib: “Əli Kərimliyə səslənirəm. Demir, biz satılmışıq? Hakimiyyət müxalifətin parçalanmasını istəyir, birləşməsini deyil. Bu faktdır. Elə isə biz birləşək, ümumi qurultay olsun, biz də özümüzü buraxırıq. Əli Kərimli də sədrliyə namizədliyini verməsin. Əli Kərimli getsin özünü lider, imperator elan etsin, getsin kral olsun. Amma AXCP sədrliyindən getsin, cəbhəçilər rahatlıq tapsın, biz qurultayımızı keçirək. Kim qalib gələcəksə, o da partiyanın sədri olsun. Normal sədr olsun”. Daha sonra seçki keçirilib. Şirvani Qasımov AXCP Nərimanov şöbəsinin sədri, Mikayıl Quliyev Ali Məclisin üzvü seçilib. Səbuhi Fərzəliyev, Maarif Mehdiyev, Əfsun Bayramov və Mikayıl Quliyev NTK-ya, Şirvani Qasımov, Mİkayıl Quliyev, Ələkbər Səfərov və Səbuhi Fərəzliyev isə qurultaya nümayəndə seçilib.


Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- Fotolar
Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun"- Fotolar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=5911

© 2014 www.mediaxeberleri.com