Media Xəbərləri > Çap üçün versiya > “Yanq Boyz” 10 nəfərlə qaldı, “Qarabağ”dan erkən qol - Yenilənir

“Yanq Boyz” 10 nəfərlə qaldı, “Qarabağ”dan erkən qol - Yenilənir

“Yanq Boyz” 10 nəfərlə qaldı, “Qarabağ”dan erkən qol - YenilənirBu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək.

Reynaldodan ikinci qol, “Qarabağ” qrupun astanasında!

Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxacaq ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlamaq niyyətindədi.

Keçən il Hollandiyanın “Tvente” klubunu məğlub edərək tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində iştirak etmiş “köhlən atlar” ikinci dəfə, həm də ardıcıl olaraq eyni uğuru təkrarlayaraq Azərbaycan futbolu tarixində yeni səhifə açmaq istəyir.

Avropa miqyaslı yarışlarda son üç ev oyununda qol vurmağı bacarmayan Qurban Qurbanovun yetirmələri səfərdə qalib gəldikləri üçün bu dəfə də eyni nəticəni əldə edəcəkləri təqdirdə hədəfə çatan tərəf olacaq.

UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust

“Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) -3:0
QOL: Almeyda, 4 (pen) Reynaldo, 43 Əfran İsmayılov, 62
Qırmızı vərəqə: Stiv von Bergen, 3
Baş hakim: Gediminas Majeyka (Litva)
Yan xətt hakimləri: Vitautas Simkus, Vitenis Kazlauskas (hər ikisi Litva)
Ehtiyat hakim: Sergeyus Sliva (Litva)
Hakim inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 9. Reynaldo,
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 7. Namiq Yusifov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon
Baş məşqçi: Qurban Qurbanov

“Yanq Boyz”: 18. Yvon Mvoqo, 3. Floren Hadergyonay, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 31. Yuya Kubo, 99. Juliam Oarao, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales,
Ehtiyat oyunçular: 1. Marko Völfli, 21. Alan Roşat, 20. Haris Tabakoviç, 77. Samuel Afum, 8. Yan Lekyaks, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo,
Baş məşqçi: Harald Gemperle
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=5798

© 2014 www.mediaxeberleri.com