Media Xəbərləri > Çap üçün versiya > Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

İllər ötsə belə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, o cümlədən 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımız hər zaman yad olunacaqdır. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid baş sürücü Mustafayev Ramiz Bağman oğludur.

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan Ramiz Mustafayevin bu gün yaşasaydı 32 yaşı tamam olacaqdı. İgid Vətən oğlunun doğum gününü, yubiley yaşını bu gün ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov öz ənənəsinə sadiq qalaraq 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış əsgər Ramiz Mustafayevin də doğum gününü unutmayıb. İcra başçısı şəhidlər xiyabanına gələrək igid Vətən oğlunun 32 yaşını məzarı başında ailəsi ilə birlikdə qeyd edib.

Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün nümunə olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını qeyd edib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum gününü sizlərlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də məhz bu amala xidmət etdiyini qeyd edib.

Şəhid atası Bağman Mustafayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Ramizin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Ramiz və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Allah rəhmət eləsin!

Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Ağstafada icra başçısı Vətən müharibəsinin şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=57852

© 2014 www.mediaxeberleri.com