Media Xəbərləri > Çap üçün versiya > Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq

Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq

Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq

Ermənistanda savaş başladı

Ermənilər ölkədə yaxın günlərdə həbs dalğası və cinayət təqiblərinin şahidi olacaq.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Bildirilir ki, prezident Serj Sarkisyan və müxalifət arasında mübarizə artıq siyasi müstəvidə deyil, bir-birlərini ölümlə hədələməklə aparılır.

"168 jam" qəzetinin yazdığına görə, Ermənistanda artıq qanlı savaş başlayıb. Ermənistanda əhali yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğalarının şahidi olacaqlar.

Qeyd edək ki, hazırda Ermənistanda üç müxalif partiyanın rəhbəri görüşür. Görüşün məqsəd "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyana qarşı hökumətin son hücumlarını müzakirə etməkdir.

Baş nazir Ovik Abramyanın göstərişi ilə Tsarukyanın vergidən yayınması ilə bağlı araşdırma aparılır.

Prezident Serj Sərkisyan isə bildirmişdi ki, Tsarukyan siyasi proseslərdən kənarlaşdırılmalıdır. Buna cavab olaraq Tsarukyan tərəfdarlarını küçələrə çıxmağa və Sərkisyanın istefasını tələb etməyə çağırıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=56

© 2014 www.mediaxeberleri.com