Media Xəbərləri > Çap üçün versiya > "BMW" yoldan çıxaraq aşıb, yaralılar var

"BMW" yoldan çıxaraq aşıb, yaralılar var

"BMW" yoldan çıxaraq aşıb, yaralılar var
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediaxeberleri.az xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=55060

© 2014 www.mediaxeberleri.com