Media Xəbərləri > Çap üçün versiya > Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib

Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib

Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib

Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb.


Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb.



Paylaşılmış statusda deyilir:
“Azərbaycan Avropanın hər zaman önəmli tərəfdaşı olub və bu gün də olmaqdadır. Prezident İlham Əliyevin son günlər Avropaya davamlı səfərləri, yüksək səviyyədə qəbulu və cəsarətli çıxışları Azərbaycan adına ciddi uğurlar yazıb. İqtisadi və siyasi gücünü bir-biri ilə uzlaşdırmağı bacaran Azərbaycan dövləti öz təcəssümünü dövlət başçısının apardığı uğurlu balanslı siyasətdə tapır.
Almaniyaya səfər və kansler Angela Merkel ilə görüş, Berlində Münxen Təhlükəsizlik Konfransında iştirak və cəsarətli çıxış ölkəmizi dünyaya fərqli rakursda təqdim etdi. Çünki, Azərbaycan müstəqil şəkildə, heç kimdən asılı olmadan təkbaşına ayaqda dayanır və hətta ehtiyacı olanlara da kömək əlini uzadır.
Prezident dövlətimiz adından TANAP və TAP layihələri barədə cəsarətlə danışdı. NABUCCO-nun reallığa çevrilməməsində Avropa Birliyini sətiraltı ittiham etdi. Amma, Azərbaycanın yenə də gecikmədən düzgün qərar verdiyini və bu layihələrin də Avropanın enerji təhlükəsizliyində ayrıca rolu olduğunu vurğuladı.
Almaniya kansleri Məcarıstana səfərində də Azərbaycan barədə və onun önəmini vurğuladı. Çünki, prezident İlham Əliyevlə görüşdə ciddi təsirlənmişdi.
Bu siyasətin Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllinə də təsiri ola bilər. Prezident bu barədə çox səlis və konkret danşaraq Ermənistanı işğalçı adlandırdı və dünyanı ikili standart yeritməkdən çəkinməyə çağırdı. Artıq bütün dünya bilir ki,
Azərbaycan üçün bu münaqişənin ədalətli həlli ən vacib məsələdir və bütün danışıqlarda o qırmızı xətlə keçməlidir.”
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=55

© 2014 www.mediaxeberleri.com