Media Xəbərləri > Çap üçün versiya > Aydın Mirzəzadə: Riçard Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır

Aydın Mirzəzadə: Riçard Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır

 Aydın Mirzəzadə: Riçard Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır

“Son dövrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin antiazərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir”. Bu barədə trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Konqresində keçirilən dinləmələrdə Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, R.Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır və bütün çağırışlarının sonunda Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edir: “Çox maraqlıdır, onun Azərbaycandakı fəaliyyəti də məhz həmin prinsiplər üzərində qurulmuşdu? Doğurdanmı onun rəsmi diplomatik fəaliyyətinin arxasında məhz antiazərbaycançılıq, Azərbaycanda radikal müxalifətlə sıx əlaqələrin olması, həmçinin Azərbaycanı ABŞ-ın müəyyən mərkəzlərinin təsiri altına salmaq cəhdi dayanırdı? Nə üçün 15 ildən çoxdur ki, Azərbaycandan gedən şəxs heç cür Azərbaycanla bağlı orientasiyadan azad ola bilmir? Bunun özü bir daha göstərir ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir. Onlar Azərbaycanı təsir altına almağa cəhd etməyi, Azərbaycanı bu və ya digər məsələlərdə saxta ittihamlarla ittiham etməyi artıq özlərinin ciddi bir proqramına çeviriblər”.

Onun sözlərinə görə, ancaq bu dairələrin cəhdləri hər dəfə uğursuzluğa düçar olur, çünki ABŞ-da Azərbaycanla münasibətlərə ciddi baxan və bu münasibətlərə hörmətlər yanaşan, Azərbaycanda demokratiyanın inkişafını görən və ona yüksək qiymət verən, Azərbaycanın bu gün müstəqil siyasət yürütməsinin tək Azərbaycan deyil, o cümlədən ABŞ-ın da maraqlarına cavab verdiyini yüksək qiymətləndirən dairələr və siyasətçilər də az deyil: “Bu gün ABŞ-da Azərbaycanın dostları on milyonlarla ölçülür və hesab edirəm ki, bu cür tədbirin təşkilatçıları növbəti dəfə iflasa uğradılar. Çünki onların dedikləri nə ABŞ-ın maraqlarına cavab verir, nə də Azərbaycanda geniş bir dəstək qazana bilir”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=54

© 2014 www.mediaxeberleri.com