Media Xəbərləri > Çap üçün versiya > Qəzaya uğrayan təyyarənin qara qutularından biri tapıldı

Qəzaya uğrayan təyyarənin qara qutularından biri tapıldı

Qəzaya uğrayan təyyarənin qara qutularından biri tapıldı
Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin qara qutularından biri (FDR) tapılaraq sahilə çıxarılıb.

Bu barədə ölkənin nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub.

“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər qara qutunu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”, - Sumadi qeyd edib.Axar.az
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=53185

© 2014 www.mediaxeberleri.com