Media Xəbərləri > Çap üçün versiya > Angela Merkel Nobel mükafatına namizəd oldu

Angela Merkel Nobel mükafatına namizəd oldu

Angela Merkel Nobel mükafatına namizəd oldu

Almaniya Bundestaqının bir qrup üzvü Nobel Sülh mükafatının bu ölkənin kansleri Angela Merkelə verilməsi təşəbbüsü ilə çıxış edib.

Alman deputatlar bu çağırışlarını A.Merkelin Ukrayna böhranına dair Minsk danışıqlarındakı fəal rolu, kanslerin Ukraynanın şərqində gedən müharibənin dinc yolla dayandırılması üzrə danışıqlarda və razılaşmanın əldə olunmasındakı müstəsna xidmətləri ilə əsaslandırıblar.

“Xanım Merkel Fransa prezidenti Ollandla birlikdə Minskdə mümkün olmayanı edə bildi. Əgər bunun sayəsində Ukraynada uzunmüddətli sülhə nail olunsa, Nobel Sülh mükafatının bu il xanım Merkelə təqdim edilməsi ən məntiqli addım oalrdı” - deyə Bundestaqın Almaniya-Ukrayna Parlamentlərarası Əlaqələr Qrupunun sədri Karl-Georq Velman Almaniyanın “Bild am Sonntag” nəşrinə açıqlamasında bildirib.

Bununla belə K.-G.Velman tələsməməyi də tövsiyə edib: “Biz hələlik atəşkəs rejimindən danışırıq. Bu razılaşmaya sonadək əməl olunub-olunmayacağını isə dəqiq bilmirik”. virtualaz.org
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=52

© 2014 www.mediaxeberleri.com