Media Xəbərləri > Çap üçün versiya > Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdı

Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdı

Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdıŞuşa şəhərinin işğaldan azad olunmasından dərin psixoloji sarsıntı keçirən Fəxrəddin Abbasov özünü asıb.

Mediaxeberleri.az Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, 9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib.

Məlumata görə, ilkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, Həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

Qeyd edək ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilmişdi.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=51330

© 2014 www.mediaxeberleri.com