Media Xəbərləri > Çap üçün versiya > Rayonlara gediş-gəliş açıldı

Rayonlara gediş-gəliş açıldı

Rayonlara gediş-gəliş açıldı
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərara əsasən bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Mediaxeberleri.az
xəbər verir ki, qərar bu gün saat 00:00-dan qüvvəyə minib.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=50711

© 2014 www.mediaxeberleri.com