Media Xəbərləri > Çap üçün versiya > Ağstafa RMİ növbəti dəfə videokonfrans keçirdi - Fotolar

Ağstafa RMİ növbəti dəfə videokonfrans keçirdi - Fotolar

Ağstafa RMİ növbəti dəfə videokonfrans keçirdi - Fotolar
Ağstafa Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin tapşırıqlarından irəli gələn vəzifələr, yeni tələblər, yeni çağırışlar mövzusunda videokonfrans keçirdi.

Virtual zəmində keçirilən tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdi.
Konfransda gündəlikdə duran məsələlər – nizam-intizamın artırılması, virtual tədbirlərin təşkili, musiqi məktəblərinə şagird qəbulu, müəssisələrdə karantin qaydalarına əməl olunması və s. məsələlər geniş müzakirə olundu. Onlayn toplantıda çıxış edən idarə rəisi Vüqar Qədirov müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, müəssisələrdə mütəmadi olaraq profilaktik dezinfeksiya işlərinin aparılması mövzularından bəhs etdi. Natiq həmçinin, videokofransların keçirilməsi, videoçarxların hazırlanması, virtual tədbirlərin təşkili məsələlərinə toxunaraq müəssisələrin karantin rejiminə ciddi əməl etməsinin, müəssisələrdə əməkdaşların tibbi maskalardan mütləq istifadəsinin vacibliyindən və s. mövzulardan danışdı. Sonda məsul şəxslərə müvafiq tapşırıqlar verildi.

Mətbuat Xidməti
http://aghstafa.mctgov.az/az/view/358/1843/Agstafa-Regional-Medeniyyet-Idaresi-Medeniyyet-Nazirliyinin-tapsiriqlarindan-ireli-gelen-vezifeler-yeni-telebler-yeni-cagirislar-movzusunda-videokonfrans-kecirdi

Ağstafa RMİ növbəti dəfə videokonfrans keçirdi - Fotolar
Ağstafa RMİ növbəti dəfə videokonfrans keçirdi - Fotolar
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=50708

© 2014 www.mediaxeberleri.com