Media Xəbərləri > Çap üçün versiya > Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurdu

Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurdu

Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurdu
Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

Kənd sakini Murad Kosayev yaşadığı evin elektrik xəttində yaranmış nasazlığı aradan qaldırmaq istəyən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub.

M.Kosayev xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=50647

© 2014 www.mediaxeberleri.com