Avropanın şimalında yerləşən İsveçdə vəziyyət gərginləşib.
Mediaxeberleri.az xəbər verir ki, ölkənin cənubundakı Malmödə bir qrup sağçı Qurani-Kərimi yandıraraq görüntülərini sosial şəbəkədə paylaşıb. Bu görüntülərə etiraz edən nümayişçilər küçələrə axın edib, nəticədə polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Etirazçılar gecə boyu təkər yandırıb, polisə daş ataraq aksiyanı davam etdirib.
Bildirək ki, Malmödə qaçqın və məcburi köçkünlərin sayı olduqca yüksəkdir, hətta 2017-ci il məlumatlarına görə, hər 3 nəfərdən biri xarici vətəndaşdır.