Media Xəbərləri > Çap üçün versiya > “Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq...

“Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq...

“Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq..."Müqəddəs "Qurani-Kərim" insanları daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirmək isə hər birimizin borcudur".

Mediaxeberleri.az-ın məlumatına görə, bu sözləri ilahiyyatçı Hacı Atif İsmayılov deyib. O bildirib ki, islam ölkələrində xüsusən də İranda, İraqda artıq koronavirus xəstəliyi həddən çox yayıldığına görə, məscidlərdə Məhərrəmlik mərasimləri qadağan edilib:

"İslam ölkələrində insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Belə mərasimlərdə onların tənzimlənməsi qeyri-mümkün olduğuna görə, bu xəstəliyin yayılmasına daha çox fürsət və zəmin yarada bilər".

Aşura günündə ehsan paylayan insanların gigiyenik qaydalara riayət etməsinin qeyri-mümkün olduğunu vurğulayan ilahiyyatçı qeyd edib ki, buna görə də, yürüşlərin təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir:

"Dünyada kütləvi tədbirlər qadağan olunub. İran və İraq kimi islam ölkələrində belə, İmam Hüseyn məclisləri məhdud şəkildə və çox kiçik formada keçirilir. Dünyadakı mövcud durumu nəzərə alaraq, dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir.

Vətəndaşlara tövsiyəmiz odur ki, ruhanilərimizin sosial şəbəkələr vasitəsilə canlı keçirilən məclislərinə qulaq assınlar. İnanırıq ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqımız öz mütəşəkkiliyi və həmrəyliyi sayəsində hazırkı çətin vəziyyəti geridə qoyacaq".
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=50141

© 2014 www.mediaxeberleri.com