Media Xəbərləri > Çap üçün versiya > Qurban Qurbanov: "Səfərdə bizi çətin oyun gözləyir"

Qurban Qurbanov: "Səfərdə bizi çətin oyun gözləyir"

Qurban Qurbanov: "Səfərdə bizi çətin oyun gözləyir"“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında Çernoqoriyanın “Rudar” komandasına ilə oyundan sonra fikirlərini bölüşüb.

“Mən deyirdim ki, rəqibimiz çox güclüdür. “Rudar” çox yaxşı müdafiə olunurdu. Biz qol vura bilmədik. Yaxşı ki, hələ qol buraxmadıq. Səfərdə bizi daha çətin oyun gözləyə bilər.

İndi biz rəqibimizi yaxşı tanıyırıq. Ümid edirik ki, hər şey yaxşı olacaq.

“Qarabağ”a göstərilən təzyiqlərə normal baxıram. Başa düşürəm ki, hamı bizdən növbəti mərhələyə keçməyimizi gözləyir. Lakin zəif rəqib olmur”.

Xatırladaq ki, bu gün Bakıda keçirilən “Qarabağ” və “Rudar” qarşılaşması 0:0 hesabı ilə bitib.

Cavab oyunu 1 həftə sonra Çernoqoriyada keçiriləcək.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=4779

© 2014 www.mediaxeberleri.com