Media Xəbərləri > Çap üçün versiya > Aqşin Babayev vəfat etdi

Aqşin Babayev vəfat etdi

Aqşin Babayev vəfat etdiTanınmış yazıçı-dramaturq, şair Aqşin Babayev vəfat edib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə yazıçının sosial şəbəkə hesabında qeyd edilib.

Onun bu gün səhər saatlarında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Onun elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb.

A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=47469

© 2014 www.mediaxeberleri.com