Media Xəbərləri > Çap üçün versiya > Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək - RƏSMİ

Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək - RƏSMİ

Azərbaycanda sentyabr ayından tez toy keçirilməyəcək - RƏSMİ
"Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazəverilə bilər".

Mediaxeberleri.az
xəbər verir ki, bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı Anews.az-ın sualını cavablandırarkən bildirib.

"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq", - deyə Ramin Bayramlı bildirib.

Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=46438

© 2014 www.mediaxeberleri.com