Media Xəbərləri > Çap üçün versiya > Koronavirus futbolçular arasında sürətlə yayılır

Koronavirus futbolçular arasında sürətlə yayılır

Koronavirus futbolçular arasında sürətlə yayılır“Fənərbaxça” və “Qalatasaray”dan sonra Türkiyənin aparıcı klublarından olan “Ərzurumspor”da da koronavirus şoku yaşanır.

Mediaxeberleri.az xəbər verir ki, klubun 11 üzvünün koronavirusa yoluxduğu məlum olub. Testin nəticəsi müsbət çıxanlardan dördü futbolçu, biri məşqçidir. Digər altı nəfər isə klubda müxtəlif vəzifələrdə çalışır.

Klubun mətbuat xidmətinin yaydığı açıqlamada daha 12 nəfərin koronavirusa yoluxmasıyla bağlı şübhələrin olduğu bildirilib. Həmin şəxslərdən təkrar analizlər götürüləcək.

Qeyd edək ki, adı azərbaycanlı azarkeşlərə yaxşı tanış olan "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=46306

© 2014 www.mediaxeberleri.com