Media Xəbərləri > Çap üçün versiya > Həbib Nurməhəmmədovun atası komaya düşdü

Həbib Nurməhəmmədovun atası komaya düşdü

Həbib Nurməhəmmədovun atası komaya düşdü
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap komaya düşüb.

Dağıstanda müalicə aldıqdan sonra o, Moskva xəstəxanasına aparılıb.

Daha öncə Həbibin atası koronavirus diaqnozu qoyulmuşdu. Bu barədə xəbəri “Sport-Express” nəşri yayıb.

“Abdulmanapın vəziyyəti çox pisdir, o, Moskvada komadadır. Dağıstanda səhv müalicə aparılıb və fəsad yaranıb. Onu təyyarə ilə Moskvaya aparıblar, hazırda isə hərbi hospitalda müalicəsini davam etdirir. O, orada təkdir, qohumlarına yanına girməyə icazə vermirlər”.Oxu.Az
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=46284

© 2014 www.mediaxeberleri.com