Media Xəbərləri > Çap üçün versiya > “Qəbələ” “Dinamo” səddini, İnter isə “Laçi”-ni adladı - VİDEO

“Qəbələ” “Dinamo” səddini, İnter isə “Laçi”-ni adladı - VİDEO

“Qəbələ” “Dinamo” səddini, İnter isə   “Laçi”-ni adladı - VİDEOTəmsilçilərimiz Avropa Liqasının 2-ci mərhələsində

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” Gürcüstanın “Dinamo” klubunu, “İnter” isə Albaniyanın “Laçi” klubunu qəbul edib

Dinamo ilə oyun komandımızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 88-ci dəqiqədə Serqey Zenev hesabı açıb, hakimin əlavə etdiyi dəqiqələrdə isə Aleksey Antonov oyunda son nöqtəni qoyub.

“İnter” və “Laçi” (Albaniya) arasında cavab qarşılaşması isə 0:0 hesabı ilə bitib.

Xatırladaq ki, Gürcüstanda keçirilən ilk oyunda “Dinamo” 2:1 hesabı ilə qələbə qazanmışdı.

Beləliklə iki oyunun nəticəsinə görə, Qəbələ növbəti mərhələyə adlayıb. Burada təmsilçimiz Roman Qriqorçukun yetirmələr “Domjale” (Sloveniya) - “Çukariçki” (Serbiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Albaniyada keçirilən ilk görüş 1:1 hesablı bərabərlik ilə bitdiyindən, təmsilçimiz səfərdə vurduöu qol sayəsində növbəti mərhələyə qadlayıb.

Bu mərhələdə “İnter “SJK” (Finlandiya) - “Hafnarfjordur” (İslandiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.


Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=4587

© 2014 www.mediaxeberleri.com