Media Xəbərləri > Çap üçün versiya > "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir

"Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir

"Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir“Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”.

Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, V.Mustafayev özü MTRŞ rəhbərliyinə məsələ ilə bağlı tədbir görəcəyinə söz verib: “Verilişdə səslənən söyüş efirə getməyib. Sadəcə qarşı tərəfin təhqir olunması qeydə alınıb. Bu da yayım tələblərinin pozulması deməkdir. Kanal rəhbəri baş verən hadisəyə görə bildirdi ki, “Space”də bir də belə hala rast gəlinməyəcək. Biz də Vaqif müəllimin bu xahişini nəzərə alıb tədbir görüləcəyini gözləyirik”.

T.Məmmədov əlavə edib ki, əgər Vaqif Mustafayev vədinə əməl etməsə, o zaman MTRŞ “Space”lə bağlı sərt qərarını verəcək.

Xatırladaq ki, “Space”də yayımlanan “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb.

Belə ki, verilişin qonaqları olan yazar Əziz Musaoğlu və müğənni Mətanət Əsədova arasında gərginlik olub. Geyiminə irad tutduğuna görə yazarın üzərinə hücum çəkən müğənni yazarlar haqda tənqidi fikirlər səsləndirib. Ə. Musaoğlu isə M.Əsədovanı “fahişə” adlandırıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=4405

© 2014 www.mediaxeberleri.com