Media Xəbərləri > Çap üçün versiya > Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI

Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI

Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI
Bu gün ABŞ-da koronavirusa yoluxanların sayı 9707 nəfər artıb. Onlardan 128 nəfəri vəfat edib.

Sutkanın ölüm sayına görə ən pis nəticəsi isə İtaliyadadır. Ölkədə koronavirus pandemiyasından bu gün 683 nəfər ölüb və nəticədə ümumi say 7503-ə çatıb.

İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfər olub. Bu isə İspaniyanın ölüm sayına görə Çini ötməsi deməkdir.


Xatırladaq ki, Çində bu virusdan ölüm sayı 3281-ə bərabərdir. Son sutka ərzində Çində COVID-19-dan ölənlərin sayı cəmi dörddür.

Bu məlumatlar Worldometers.info saytında yer alıb.

Xatırladaq ki, hazırda dünya üzrə bu pandemiyadan vəfat edənlərin sayı 20876-ya bərabərdir.

Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=43409

© 2014 www.mediaxeberleri.com