Media Xəbərləri > Çap üçün versiya > İki aylıq körpənin şübhəli ölümü: 19 yaşlı ana ömürlük həbs edildi

İki aylıq körpənin şübhəli ölümü: 19 yaşlı ana ömürlük həbs edildi

İki aylıq körpənin şübhəli ölümü: 19 yaşlı ana ömürlük həbs edildiTürkiyənin Bursa şəhərində övladları - iki aylıq Sevilay adlı körpənin ölümünə səbəb olduqları iddiası ilə keçirilən məhkəmədə ana Aliye.B (19 yaş) ömürlük, ata Şeref B. (34) isə 16 il səkkiz ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında iki aylıq Sevilay B. Bursada yerləşən Uludağ Üniversitetinin Tibb Fakultəsi Universitetinə qusmaq şikayəti ilə çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər uşağın bədənində göyərmələr aşkar ediblər. Bundan sonra polis araşdırma başlayıb və istintaq çərçivəsində ana Aliye.B həbs olunub.

“Hadisədən iki-üç gün əvvəl yuxulu vəziyyətdə olanda Sevilayın başı yatağın sərt hissəsinə dəydi. Hadisədən əvvəlki gecə həyat yoldaşımla mübahisə edirdik. Məni vurmaq istəyəndə yumruq uşağın qarnına dəydi. Uşağın başı yenə yatağa dəydi və yerə düşdü. Uşağı qucağıma aldıqdan sonra həyat yoldaşım yenə mənə yumruq vurmaq istədi. Həmin vaxt uşağım yerə üzü üstə düşdü”, - deyə həbs edilən ana Aliye.B bildirib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=42967

© 2014 www.mediaxeberleri.com