Media Xəbərləri > Çap üçün versiya > Muxtar respublikada əhalinin sayı 460 minə yaxınlaşıb

Muxtar respublikada əhalinin sayı 460 minə yaxınlaşıb

Muxtar respublikada əhalinin sayı 460 minə yaxınlaşıb
Muxtar respublikada 2020-ci il 1 yanvar tarixinə əhalinin sayı 2009-cu ilin sonu ilə müqayisədə 57,2 min nəfər artaraq 459,6 min nəfər olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhalinin 94,5 mini Naxçıvan şəhərində, 117,6 mini Şərur, 76,2 mini Babək, 50,2 mini Ordubad, 47 mini Culfa, 32,8 mini Kəngərli, 25,3 mini Şahbuz, 16 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.

Əhalinin 229,6 min nəfərini kişilər, 230 min nəfərini isə qadınlar təşkil edib.

Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olub ki, bu da 2009-cu ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 493 nəfər düşür.

Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.

Qeyd edək ki, son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaradıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=42462

© 2014 www.mediaxeberleri.com