Media Xəbərləri > Çap üçün versiya > Eldar Əzizovdan yeni TƏYİNAT

Eldar Əzizovdan yeni TƏYİNAT

Eldar Əzizovdan yeni TƏYİNAT
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin edilib.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=42409

© 2014 www.mediaxeberleri.com