Media Xəbərləri > Çap üçün versiya > Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda 14 sahə komissiyası yaradılacaq
Azərbaycanda bacarıqların artırılması üzrə sahə komissiyaları yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında peşə və kvalifikasiya standartlarının hazırlanması, habelə peşə hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi sahəsində tədbirlərdə işəgötürənlərin iştirakının artırılması məqsədilə işəgötürənlərin və aidiyyəti orqanların nümayəndələrindən ibarət “Bacarıqların artırılması üzrə sahə komissiyaları” yaradılacaq.

Bununla bağlı 14 sahə komissiyasının yaradılması nəzərdə tutulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=42399

© 2014 www.mediaxeberleri.com