Media Xəbərləri > Çap üçün versiya > “Bu şəhərdə”dən konsert qalmaqalı ilə bağlı - Açıqlama

“Bu şəhərdə”dən konsert qalmaqalı ilə bağlı - Açıqlama

“Bu şəhərdə”dən konsert qalmaqalı ilə bağlı - Açıqlama
“Bu şəhərdə”nin Sumqayıt Dram Teatrında 28 fevral, 1 və 2 mart tarixlərinə təyin olunan “CanaVar” konserti baş tutacaq.

Bu sözləri Kult.az-a açıqlamasında “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov deyib. O bildirib ki, nəhayət, ötən gün Sumqayıt şəhər İcra Hakimiyyəti konsert üçün müraciətlərinə müsbət cavab verib:

“Ona görə də təxirə salınmaqla bağlı qərarımızı dəyişdik. Konsertimiz baş tutacaq”.

Qeyd edək ki, ötən gün Müşfiq Abbasov Sumqayıt icra başçısı və onun müavininə rəsmi müraciət etdiklərini, ancaq 15 gündür heç bir cavab ala bilmədiklərini, telefon zənglərinə isə başçı müavini Teymur Səmədovun cavab vermədiyini bildirmiş və konserti təxirə salmağa məcbur olduqlarını açıqlamışdı.

Bu məlumat mediada yayılandan az sonra isə Sumqayıt şəhər İH konsert üçün müraciətə baxıldığı və müsbət cavab verildiyi haqda açıqlama yaydı.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=41983

© 2014 www.mediaxeberleri.com