Media Xəbərləri > Çap üçün versiya > Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM

Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM

Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIMDünya çempionumuz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq.

Bu gün "Bakı - 2015" I Avropa Oyunlarında Yunan - Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.

Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb.

Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0. Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq.


Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=4071

© 2014 www.mediaxeberleri.com