Media Xəbərləri > Çap üçün versiya > Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındı

Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındı

Millimizin futbolçusunun qırmızı vərəqə aldığı oyun təxirə salındıİspaniya ikinci liqasının 20-ci turunda millimizin üzvü Eddi İsrafilovun da forma geyindiyi “Albasete” komandasının ukraynalı oyunçusu ev sahibi “Rayo Valyekano” azarkeşlərinin təhqirinə məruz qalıb.

“Carrusel Deportiva” xəbər verir ki, meydan sahibinin azarkeşləri qarşılaşmanın ilk hissəsi ərzində qonaqların hücumçusu Roman Zozulyanın ünvanına xoşagəlməz şüarlar səsləndiriblər.

“Rayo Valyekano” azarkeşləri oyunçunu nasist adlandırıblar. Əvvəlcə qarşılaşmanın baş hakimi oyunu saxlayıb, daha sonra isə, ümumiyyətlə, təxirə salıb.

Komandalar arbitrin bu qərarını dəstəkləyiblər. Ukraynalı oyunçunun baş verənlərdən məyus olduğu və soyunub-geyinmə otağında göz yaşlarını saxlaya bilmədiyi bildirilib.

Nəşrin məlumatına görə, hələ qarşılaşmadan əvvəl oyunçu meydana çıxmağa tərəddüd edib, təhlükəsizlik məsələlərindən ehtiyat edib, lakin sonda meydana çıxmağa qərar verib.

2017-ci ildə Zozulya “Rayo Valyekano”nun oyunçusu olub. Komandada heç bir qarşılaşmada iştirak etməyən oyunçu azarkeşlərlə yaranmış konfliktə görə komandanı tərk edib.

Qeyd edək ki, millimizin üzvü Eddi İsrafilov “Albasete”nin start heyətində oyuna başlayıb və 45-ci dəqiqədə qırmızı vərəqə alıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=40685

© 2014 www.mediaxeberleri.com