Media Xəbərləri > Çap üçün versiya > Aygün Sadiq: "neçə gizli sətirləri var..."

Aygün Sadiq: "neçə gizli sətirləri var..."

Aygün Sadiq: "neçə gizli sətirləri var..."


Yenə güzgü qarşısında qabaq-qənşərik:
Səssiz baxan o gözlərin dərdi-səri var!
Daha onun gözlərində sevinc görmərik,
Mən bilirəm, bu qadının nə kədəri var !

Bacarmıram o güzgüdə məni görməyi,
Unutmuşam saçlarıma sığal verməyi,
Xatirənlə yola getmir ömür sürməyim!
Yetim qalmış dodağımda öpüş yerin var.

Düşüncələr əleyhimə yönəlib, sanki,
Qəlb evimin sirlərini anlamıram ki!
Mənim sevgi kitabımın, ömrüm, inan ki,
Səni yazan neçə gizli sətirləri var...

Üstünlüyü bu dünyaya yayandan səda
Bəşər ona səcdə edib olarkən fəda
Tanrı kimi bu həyatda qalib olsa da,
Təkcə sənə sevgisinə məğlub biri var!

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=40191

© 2014 www.mediaxeberleri.com